Türkiyədə azot dolu tanker partladı

Türkiyədə azot dolu tanker partladı
Dünya 30 Mart 2024 13:26

Türkiyənin Bursa şəhərində azotla dolu tanker yoldan çıxaraq aşıb, hadisə nəticəsində tankerin sürücüsü həlak olub.

Sitat.info xəbər verir ki, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Qəza yerinə polis, yanğınsöndürmə heyəti və tibbi personal cəlb olunub.

Hadisə ilə bağlı araşdırma başladılıb.