ABŞ-dən yeni sanksiya qərarı

ABŞ-dən yeni sanksiya qərarı
Dünya 28 Mart 2024 20:39

ABŞ Şimali Koreyanın “kütləvi qırğın silahları proqramı”na dəstək verdikləri üçün 6 şəxs və 2 təşkilata sanksiya tətbiq edib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib.

Açıqlamaya görə, sanksiyaya məruz qalanlar Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərindəndir.

Həmin İT işçiləri və onları işə götürən şirkətlərin Şimali Koreya rejimi üçün həyati əhəmiyyət kəsb edən xarici valyutalara çıxış və gəlir əldə etdikləri qeyd edilib.

Türkan

Sitat.info