Moskvada “Crocus City Hall”da silahlı insident - 12 ölü - Video

Moskvada “Crocus City Hall”da silahlı insident - 12 ölü - Video
HADİSƏ 22 Mart 2024 21:55

Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib.

 Naməlum şəxslər ticarət mərkəzində atəş açıb.

“Baza” teleqram kanalı isə hadisə nəticəsində 12 nəfərin həlak olduğunu, 35 nəfərin isə yaralandığını yazıb.

“RİA Novosti”nin məlumatına görə, 3 nəfər avtomat silahdan atəş açıb. Bununla yanaşı, binada yanğın qeydə alındığı bildirilir.