MİT Xəlil Təkini məhv etdi

MİT Xəlil Təkini məhv etdi
Dünya 22 Mart 2024 13:26

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində PKK/YPG-nin rəhbərlərindən “Seydo” kod adlı Xəlil Təkini məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, adıçəkilən terrorçu Türkiyə Daxili İşlər Nazirliyinin “yaşıl kateqoriya”lı axtarış siyahısında olub.