Belqorod raket atəşinə tutuldu: yaralılar var

Belqorod raket atəşinə tutuldu: yaralılar var
Dünya 19 Mart 2024 13:42

Rusiyanın Belqorod şəhərinə raket hücumu edilib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, raketlərdən biri parklanma yerinə düşüb. Hazırda ərazidə bir neçə avtomobil yanır.

Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, hava hücumundan müdafiə sistemləri Belqorod üzərində Ukrayna ordusunun RM-70 “Vampir” reaktiv yaylım atəş sistemlərinin 9 raketini zərərsizləşdirib.