Bakıda bu yolda qəza: sıxlıq yarandı

Bakıda bu yolda qəza: sıxlıq yarandı
HADİSƏ 04 Mart 2024 17:21

Ziya Bünyadov prospektində qəza baş verib.

NİİM-dən Axar.az-a verilən məlumata görə, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən metronun "Koroğlu" stansiyasından 20 Yanvar dairəsi istiqamətində sıxlıq yaranıb.