Rusiya Ukraynaya 31 PUA ilə hücum etdi

Rusiya Ukraynaya 31 PUA ilə hücum etdi
Dünya 23 Fevral 2024 12:46

Rusiya ordusu Ukrayna ərazisinə 31 “Şahid” PUA-sı ilə hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusu Odessa, Nikolayev, Poltava, Dnepropetrovsk və Xarkov vilayətlərində 23 “Şahid” PUA-sını məhv edib.