Bakıda məsciddə yanğın baş verib

Bakıda məsciddə yanğın baş verib
HADİSƏ 21 Fevral 2024 09:26

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 32 kvadratmetr sahədə yanıb.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məscidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.