Ukrayna ordusu sarsılıb, Sırski gələn kimi... - Davis

Ukrayna ordusu sarsılıb, Sırski gələn kimi... - Davis
Dünya 19 Fevral 2024 09:58

Ukrayna hərbçiləri Avdeyevka şəhərinin təslim olmasından sonra Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskiyə etibar etmirlər.

Sitat.info xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi hazırda sarsılıb:

"Onların daxili siyasi fikir ayrılıqları var, onlar məşhur baş komandan Zalujnını itiriblər. İndi isə etibar etmək istəmədikləri bir oğlan gəlib şəhəri saxlayacağını dedi, iki gün sonra isə şəhər təslim oldu".