Azərbaycan Hökuməti istefa verib

Azərbaycan Hökuməti istefa verib
SİYASƏT 14 Fevral 2024 13:15

Nazirlər Kabineti istefa verib.

Sitat.info-nun məlumatına görə, Konstitusiyanın 116-cı maddəsində nəzərdə tutulan bütün addımlar yerinə yetirilib.

Qeyd edək ki, Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.