Husilər növbəti dəfə ABŞ yük gəmisini vurdu

Husilər növbəti dəfə ABŞ yük gəmisini vurdu
Dünya 12 Fevral 2024 15:30

Qırmızı dənizdə ABŞ-a məxsus “Star Airs” gəmisi 2 raket zərbəsi ilə vurulub.

Sitat.info xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.

Səriya atılan raketlərin hədəfə dəydiyini bildirib.

Britaniyanın “Embry” Dəniz Təhlükəsizliyi Şirkəti isə Qırmızı dənizdə yük gəmisinin Bab əl-Məndəb boğazından keçərkən raketlə vurulduğunu təsdiqləsə də, gəminin Yunanıstana məxsus olduğunu və Marşal adalarının bayrağı altında üzdüyünü bildirib.

Şirkət gəminin sağ tərəfinin zədə alsa da, ekipajın xəsarət almadığını və gəminin təyinat yerinə doğru irəliləməyə davam etdiyini vurğulayıb.