Meta Xamneyinin sosial media hesablarını bağlayıb
Sosial media nəhəngi Meta İranın dini lideri Ayətullah Xameneinin sosial media hesablarını məzmun siyasətini pozması səbəbilə bağlayıb.
Bəyanatda Xamneyinin “təhlükəli təşkilatlar və şəxslər” siyasətini dəfələrlə pozduğu bildirilib. Qadağa ilə bağlı ətraflı məlumat verilməyib.
Digər tərəfdən, Meta oktyabr ayında İsrail-Fələstin müharibəsi zamanı zorakılıq mesajları ilə bağlı siyasətinin daha sərt şəkildə tətbiq ediləcəyini açıqladı.Qeyd edək ki, Xamneyi 7 oktyabr hadisələri zamanı HƏMAS-a dəstəyini bölüşüb.
Xamneyinin əvvəllər Twitter kimi tanınan X sosial media platformasındakı hesabı isə aktivdir.
Səid,
Sitat.info