Danışıqlar davam edəcək, lakin müharibə də bitməyəcək - Lavrov

Danışıqlar davam edəcək, lakin müharibə də bitməyəcək - Lavrov
Dünya 11 Aprel 2022 20:45

Moskva Kiyevlə danışıqlar prosesini davam etdirəcək, lakin hərbi əməliyyatlar hələlik dayandırılmayacaq.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Ukrayna tərəfi hər dəfə, bəzən 180 dərəcə dönüb. Məsələn, bir neçə gün əvvəl özünün təklif etdiyi təklifi rədd etsə də, bizim danışıqları dayandırmaq üçün heç bir səbəb görmürəm. Biz səbirli xalqıq”, - Lavrov qeyd edib.