Məntəqə sədri seçki günü öldü - Foto

Məntəqə sədri seçki günü öldü - Foto
HADİSƏ 07 Fevral 2024 17:44

Mingəçevirdə seçki məntəqəsinin sədri dünyasını dəyişib.

Sitat.info Unikal.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında 33 saylı seçki məntəqəsində baş verib.

Məntəqə sədri və 14 saylı Körpələr Evi Uşaq Bağçasının sədri 1961-ci il təvəllüdlü Kəmalə Məmməd qızı Əsgərovanın ürək tutmasından halı qəfil pisləşib.

Bütün cəhdlərə baxmayaraq bir müddət sonra o keçinib.