Aİ liderləri Ukraynaya mərmi və raketlərin çatdırılmasını sürətləndirməyə çağırıblar
Avropa liderləri Ukraynaya mərmi və raketlərin çatdırılmasını sürətləndirməyə çağırıblar.
“Avropa Şurası həmçinin Ukraynanı bir milyon artilleriya sursatı ilə təmin etmək öhdəliyini nəzərə alaraq, döyüş sursatı və raketlərin tədarükünün sürətləndirilməsinin təcili zərurətini vurğulayır”, - iclasdan sonra verilən bəyanatda deyilir.
Sammit iştirakçıları həmçinin Aİ-yə üzv dövlətlərdən silah tədarükünü davam etdirməyi və Ukrayna Silahlı Qüvvələrindən (AFU) yeni sifarişlər qəbul etməyə başlamağı xahiş ediblər. Onların fikrincə, bu, Avropa sənayesini gücləndirəcək.
Səid,
Sitat.info