42 ölkə Rusiyanı Haaqa məhkəməsinə verdi

42 ölkə Rusiyanı Haaqa məhkəməsinə verdi
Dünya 11 Aprel 2022 10:41

Rusiyanın hərbi cinayətlərinə görə artıq 42 ölkə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska deyib.

“10-a yaxın ölkə isə Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətləri müstəqil şəkildə, həmçinin birgə istintaq qrupu çərçivəsində Ukraynanın hüquq-mühafizə orqanları və prokurorluğu ilə birlikdə araşdırır”, - o bildirib.