İmtahandan sonra halı pisləşən tələbə öldü

İmtahandan sonra halı pisləşən tələbə öldü
HADİSƏ 30 Yanvar 2024 17:15

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Xumar Uqab qızı Nəcəfzadənin imtahandan sonra halı pisləşib və vəfat edib.

Bu barədə Sitat.info-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən, o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb.

Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.