Küveytdən qeyri-adi qərar

Küveytdən qeyri-adi qərar
Dünya 30 Yanvar 2024 11:00

Küveyt qəzetinin məlumatına görə, Küveyt hökuməti sağlamlıq səbəbi ilə paytaxtdakı qəbiristanlıqlarda əl sıxaraq salamlaşmağı qadağan etməyi planlaşdırır.

Sitat.info xəbər verir ki, Küveytin aparıcı qəzetlərindən biri olan “Əl Cəridə”nin bir dövlət məmuruna əsaslanan xəbərinə görə, Küveytin paytaxtında dəfn mərasimlərində əl sıxmaq qadağan ediləcək.

Küveytin Səhiyyə Nazirliyi qəbiristanlıqlarda yas tutan insanları başsağlığı verərkən əl sıxmağı dayandırmağa və göz salamı ilə kifayətlənməyə çağırıb.

Kənan

Sitat.info