Putinin prezidentliyə namizədliyi qeydə alınıb

Putinin prezidentliyə namizədliyi qeydə alınıb
Dünya 29 Yanvar 2024 14:20

Rusiya Mərkəzi Seçki Komissiyası Vladimir Putinin prezidentliyə namizədliyini qeydiyyata alıb.

Sitat.info xəbər verir ki, qərarı Komissiyanın rəhbəri Ella Pamfilova açıqlayıb.

Qeyd edək ki, Vladimir Putinin prezidentlik müddəti 2024-cü il mayın 7-də bitir. Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin olunub.