İsrail polisinə hücum: fələstinli qadın güllələndi

İsrail polisinə hücum: fələstinli qadın güllələndi
HADİSƏ 10 Aprel 2022 20:52

İordan çayının qərb sahilindəki Xevron şəhərində bıçaqla silahlanmış fələstinli qadın İsrail polisinə hücum edib.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə KAN məlumat yayıb.

Polisin cavab atəşi ilə qadın zərərsizləşdirilib. Yaralanan polis isə xəstəxanaya yerləşdirilib.