Rusiyadan Ukrayna şəhərlərinə raket yağışı: Ölənlərin sayı 18-ə çatıb, 130 yaralı var
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın dünən Kiyev, Xarkov və Pavlohrad vilayətlərinə raket hücumu nəticəsində ölənlərin sayının 18-ə, yaralıların sayının isə 130-a yüksəldiyini açıqlayıb.
Bombardman nəticəsində yaşayış binaları, mağazalar və bir təhsil müəssisəsinə ziyan dəydyini deyib.
Zelenski dünən axşam saatlarında verdiyi açıqlamada deyib: “Yaralıların sayı hələ də arta bilər. Xarkovda xilasetmə əməliyyatı hələ davam edir və dağıntılar təmizlənir. Bu, mülki insanların yaşadığı adi çoxmərtəbəli bina idi. Biz Ukraynanın hava hücumundan müdafiəsi ilə bağlı tərəfdaşlarımızla əməkdaşlığımızı təkmilləşdirməyə çalışırıq. “Bu il əsas prioritet şəhər və qəsəbələrimizi qorumaq üçün hava hücumundan müdafiəni gücləndirmək, eləcə də strateji vəziyyətə və bütövlükdə müharibə səylərinə təsir edəcək ön xətt mövqelərini müdafiə etmək olacaq”.
Ayna,
Sitat.info