Rusiya NATO-ya bu vaxt hücum edəcək - Almaniya

Rusiya NATO-ya bu vaxt hücum edəcək - Almaniya
Dünya 20 Yanvar 2024 09:00

Kremldən demək olar ki, hər gün təhdidlər eşidirik. Son dövrlər yenə Baltikyanı ölkələrdəki dostlarıma qarşı bu təhdidlər səsləndirilir. Ona görə də nəzərə almalıyıq ki, Vladimir Putin bir gün hətta NATO ölkələrindən birinə hücum edə bilər.

Sitat.info xəbər verir ki, bu sözləri Almaniya xarici işlər naziri Boris Pistorius deyib.

“Bizim ekspertlər bunun beş-səkkiz il ərzində mümkün olacağını ehtimal edir", - deyə nazir bildirib.

O, xüsusilə müdafiə sənayesini gücləndirməklə qabaqcadan ehtiyat tədbirlərinin görülməsinə çağırıb.