Azərbaycanlı alpinistlərin meyiti tapıldı

Azərbaycanlı alpinistlərin meyiti tapıldı
HADİSƏ 19 Yanvar 2024 14:00

Yanvarın 12-də Qərbi Azərbaycan əyalətinin Üşnü mahalının dağlarında qar uçqunundan sonra itkin düşən alpinistlərin meyitləri tapılıb.

Sitat.info xəbər verir ki, bu barədə əyalətin Alpinizm Federasiyası məlumat yayıb.

Bildirilib ki, 6 günlük axtarışlardan sonra Rza Kayişi, Möhsün Əzizi və Məhəmməd Royanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.