Bakıda sərnişin avtobusu qadını vurdu

Bakıda sərnişin avtobusu qadını vurdu
HADİSƏ 19 Yanvar 2024 10:45

Bakıda avtobus 61 yaşlı qadını vuraraq öldürüb.

Sitat.info xəbər verir ki, hadisə yanvarın 17-də saat 18:40 radələrində Suraxanı rayonunda, Zığ-Hövsan şossesində qeydə alınıb.

Belə ki, Vasif Həsən oğlu Bağırov idarə etdiyi "Daevoo BS 090" markalı sərnişin avtobusu ilə Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1963-cü il təvəllüdlü Qəmər Bəbir qızı Muradovanı vurub.

Qəza nəticəsində Q.Muradova almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.