Çin Tayvana hərbi təzyiqi artırır

Çin Tayvana hərbi təzyiqi artırır
Dünya 13 Yanvar 2024 14:00

Adanın ətrafında 6 Çin donanmasının gəmisi görünüb.

Sitat.info xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Silahlı qüvvələr vəziyyəti izləyib və Döyüş Hava Patrul təyyarələrinə, donanma gəmilərinə və quruda yerləşən raket sistemlərinə bu fəaliyyətlərə cavab vermək tapşırığı verilib”, - Müdafiə Nazirliyinin məlumatında deyilib.

Qeyd edək ki, Çin seçkilərə bir neçə ay qalmış Tayvana hərbi təzyiqi artırır.