Həbs olunan Fransa casusu ilə bağlı şok

Həbs olunan Fransa casusu ilə bağlı şok
SİYASƏT 10 Yanvar 2024 10:14

Azərbaycan Xarici İşlər Nazirliyinin həbs olunan Martin Rayanın Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqla əməkdaşlıqdan imtina edib.

Sitat.info  xəbər verir ki, bu sözləri Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə deyib. O bildirib ki, bununla əlaqədar səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər.