"Atasığorta"nın sədri işdən çıxdı

\"Atasığorta\"nın sədri işdən çıxdı
HADİSƏ 09 Yanvar 2024 16:15

Atasığorta ASC-nin İdarə Heyətinin sədri Xətai İsmayılov işdən çıxıb.

Sitat.info xəbər verir ki, bu barədə Report-a şirkətdən bildirilib.

Məlumata görə, sədr vəzifəsinin icrası onun müavini Seymur Əliyevə həvalə edilib.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, Ata Holdinq MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100 % adı çəkilən holdinqə məxsusdur.