Tərtərdə qoyun otaran şəxs minaya düşüb

Tərtərdə qoyun otaran şəxs minaya düşüb
HADİSƏ 09 Aprel 2022 13:29

Tərtərdə mina partlayışı olub.

APA -nın yerli bürosunun xəbərinə görə, Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Tərtər rayonu Həsənqaya kəndi ərazisində qoyun otararkən minaya düşüb.

Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.