Biləsuvarda quşçuluq fabrikində yanğın olub

Biləsuvarda quşçuluq fabrikində yanğın olub
HADİSƏ 06 Yanvar 2024 13:25

Biləsuvarda quşçuluq fabrikində yanğın olub.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonun Səmədabad kəndində ümumi sahəsi 1800 kvadratmetr olan quşçuluq fabrikinin içərisində 50 kvadratmetr sahədə taxta yonqarı yanıb. Fabrik yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.