Binəqədidə avtomobil piyadanı vuraraq öldürüb

Binəqədidə avtomobil piyadanı vuraraq öldürüb
HADİSƏ 06 Yanvar 2024 09:00

Yanvarın 6-da saat 7 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər DYP İdarəsindən Sitat.info-ya bildirilib ki, “Mercedes” markalı avtomobil yolun piyada keçidi olmayan hissəsində 1963-cü il təvəllüdlü Kərimova Səyyara Misir qızını vurub.

Göstərilən müdaxilələrə baxmayaraq, qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.