Rusiya MN açıqladı: Bu hədəflərə zərbə endirildi

Rusiya MN açıqladı: Bu hədəflərə zərbə endirildi
Dünya 02 Yanvar 2024 14:53

Rusiya ordusu Ukraynanın Kiyev və onun ətrafındakı hərbi sənaye kompleksinin müəssisələrinə hücum edib.

Sitat.info xəbər verir ki, bu gün səhər saatlarında edilən hücumla bağlı bu məlumatı Rusiya MN yayıb.

Bildirilib ki, sözügedən müəssisələr raketlərin, PUA-ların istehsalı, silah və hərbi texnikanın təmiri üzrə sifarişləri yerinə yetiriblər.

Həmçinin Qərb ölkələrinin tədarük etdiyi raket, sursat və təyyarə silahlarının saxlandığı yerlər də hədəf alınıb.