Türkiyədə 4,6 ballıq zəlzələ oldu

Türkiyədə 4,6 ballıq zəlzələ oldu
HADİSƏ 28 Dekabr 2023 14:53

Türkiyənin Malatya bölgəsinin Yeşilyurt rayonunda 4,6 maqnitudalı zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. 

Yerli vaxtla saat 12.34-də qeydə alınan zəlzələnin ocağı 17,3 kilometr dərinlikdə yerləşib. Yaxınlıqdakı ərazilərdə də zəlzələ hiss olunub. İtki və dağıntıların olması ilə bağlı məlumat verilmir.

Seymur,

Sitat.info