İbrahim Rəisi Türkiyəyə gedir

İbrahim Rəisi Türkiyəyə gedir
SİYASƏT 26 Dekabr 2023 19:22

İran xarici işlər nazirinin müavini Əli Baqiri prezident İbrahim Rəisinin yanvarın ilk həftəsində Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Sitat.info-nun İRNA-ya istinadən məlumatına görə, xarici işlər nazirinin müavini Baqiri Rəisinin prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın ilk həftəsində Türkiyəyə səfər edəcəyini bildirib.

Rəisinin səfəri zamanı Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının da keçiriləcəyi gözlənilir.

Məğrur,

Sitat.info