Qəzza ilə telefon və internet əlaqəsi kəsildi
İsrailin hücumları səbəbindən Qəzza zolağının böyük bir hissəsində rabitə və internet xidməti yenidən kəsilib.
Cəvval Qəzza zolağında rabitə və internet xidmətlərində “tamamilə kəsilmə” olduğunu açıqlayıb.
Bu İsrailin bölgəyə hücumları başladığı 7 oktyabrdan bəri şirkətin xidmətlərində yaşanan 7-ci fasilə olub. “Təəssüflə bildiririk ki, Qəzza zolağında bütün rabitə və internet xidmətləri tamamilə kəsilib".
Ooredoo şirkəti həmçinin bildirib ki, Qəzza zolağının cənubunda və mərkəzində, eləcə də şimalda rabitə xidmətlərində yaranan kəsinti hücumların başlanmasından bəri onun xidmətlərindəki yeddinci fasilədir.
Nərgiz,
Sitat.info