Motosiklet yük maşını ilə toqquşdu: ölən var - Foto

Motosiklet yük maşını ilə toqquşdu: ölən var - Foto
HADİSƏ 06 Dekabr 2023 10:20

Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Mersedes" markalı yük avtomobili motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.