Qəzzada həlak olan jurnalistlərin sayı 60-ı ötdü

Qəzzada həlak olan jurnalistlərin sayı 60-ı ötdü
HADİSƏ 04 Dekabr 2023 17:19

Oktyabrın 7-dən bəri Qəzzada öldürülən jurnalistlərin sayı 61-ə yüksəlib.

Sitat.info xəbər verir ki, Jurnalistləri Müdafiə Komitəsi (CPJ) oktyabrın 7-dən etibarən Qəzzada öldürülən, yaralanan, itkin düşən və ya saxlanılan jurnalistlərin sayını yeniləyib.

Dekabrın 3-nə olan məlumata görə, ölən jurnalistlərin sayı 61, yaralanan jurnalistlərin sayı isə 11 nəfərdir. 19 jurnalistin saxlanıldığı bildirilir, 3 nəfər itkin düşüb.

Bir çox jurnalistlər də xidməti vəzifələrini yerinə yetirərkən ailə üzvlərini itirib.

Ayna,

Sitat.info