HƏMAS-ın azad etdiyi taylandlılar ölkələrinə qayıtdı

HƏMAS-ın azad etdiyi taylandlılar ölkələrinə qayıtdı
Dünya 30 Noyabr 2023 23:00

İsrail ilə Həmas arasında imzalanan "humanitar fasilə" razılaşması çərçivəsində HƏMAS-ın əsir mübadiləsi sazişi ilə sərbəst buraxdığı Taylandlılar ölkələrinə döndü.

Sitat.info xəbər verir ki, “Bangkok Post” qəzetinin məlumatına görə, Tayland Xarici İşlər Nazirliyindən verilən açıqlamada, HƏMAS-ın azad etdiyi 23 Taylandlı məhbusdan 17-ni daşıyan təyyarənin paytaxt Banqkokdakı Suvarnabhumi Beynəlxalq Hava Limanına eniş etdiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, sərbəst buraxılan digər 6 Taylandlı həkimlər sağlamlıqlarının hələ səyahət üçün uyğun olmadığını bildirdikləri üçün geri qayıda bilməyiblər.

Kənan

Sitat.info