Rusiyadan imtina 5 milyarda başa gəldi - “Şell”

Rusiyadan imtina 5 milyarda başa gəldi - “Şell”
Dünya 07 Aprel 2022 16:38

Rusiyadan çəkilmə qərarı şirkətin ilin birinci rübündə qazancını 4 milyard ilə 5 milyard dollar arasında azaldacaq.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Şell” şirkəti bildirib.

Qeyd edək ki, keçən ay firma Rusiyanın Ukrayna əməliyyatından dəhşətə gəldiyini bildirərək, “Qazprom”la ortaq müəssisələrindən çıxdığını açıqlamışdı.