İsrail atəşkəs öncəsi tunelləri məhv etdi

İsrail atəşkəs öncəsi tunelləri məhv etdi
Dünya 24 Noyabr 2023 11:40

İsrail ordusu Qəzzada aşkar edilən tunelləri və şaxtaları məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verib.

“Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minməzdən əvvəl İsrail ordusu “Əş-Şəfa” xəstəxanası ərazisində aşkar edilən tunelləri və şaxtaları məhv edib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:00-dan Qəzzada dördgünlük atəşkəs qüvvəyə minib.