ABŞ-ın müdafiə naziri Ostin Ukraynaya səfər edib

ABŞ-ın müdafiə naziri Ostin Ukraynaya səfər edib
Dünya 20 Noyabr 2023 17:16

ABŞ-ın müdafiə naziri Lloyd Ceyms Ostin rəsmi görüşlər keçirmək üçün Ukraynanın paytaxtı Kiyevə gəlib.

Sitat.info xəbər verir ki, Ostin Kiyev vağzalından çəkilmiş şəklini sosial media hesabında paylaşıb.

Fotoda Ostini stansiyada ABŞ-ın Kiyevdəki səfiri Bridget Brink qarşılayıb.

Ukrayna rəhbərliyi ilə görüşmək üçün Kiyevə gəldiyini bildirən Ostin bu sözləri deyib: “Bu gün buraya mühüm mesaj vermək üçün gəldim: ABŞ Rusiyanın təcavüzünə qarşı azadlıq mübarizəsində həm indi, həm də gələcəkdə Ukraynanın yanında olmağa davam edəcək".