Finlandiya Rusiya ilə bütün sərhədini bağlamağa hazırdır

Finlandiya Rusiya ilə bütün sərhədini bağlamağa hazırdır
Dünya 17 Noyabr 2023 20:21

Finlandiyanın maliyyə naziri və baş nazirin müavini Rikka Purra Rusiya sərhədindəki 9 keçid məntəqəsindən 4-nün bağlanması ilə bağlı dünən qəbul edib və bu qərarın sərhəddəki vəziyyəti sakitləşdirməyə kömək etmədiyi təqdirdə əlavə addımlar atmağa hazır olduqlarını bildirib.

Sitat.info xəbər verir ki, buna səbəb qaçqın axının qarşısını almaqdır. 

 Finlandiyada yayımlanan  televiziya kanalında Purra deyib ki, bağlanma qərarı sərhəddəki vəziyyəti sakitləşdirməyə kömək etməsə, növbəti addımı atmaq üçün prosesin çox aşağı həddi var: "Bu addım bütün şərq sərhədini bağlamağa və sığınacaq tələblərini şərq sərhədindən uzağa cəmləməyə yönəlib".

Finlandiya ölkəyə qaçqın axınının qarşısını almaq üçün noyabrın 18-dən etibarən Rusiya ilə sərhədindəki 9 keçid məntəqəsindən 4-nü bağlamağa qərar vermişdi.

Ayna Fərhad,

Sitat.info