HƏMAS: İsrail Şifa xəstəxanasına silah yerləşdirərək gülməli bir teatr yaradır

HƏMAS: İsrail Şifa xəstəxanasına silah yerləşdirərək gülməli bir teatr yaradır
Dünya 15 Noyabr 2023 23:25

HƏMAS İsrail ordusunun səhər saatlarında basqın etdiyi Qəzzanın qərbindəki Şifa xəstəxanasında silah tapması iddiasını "gülməli bir teatr oyunu" olaraq qiymətləndirib.

Sitat.info xəbər verir ki, HƏMAS İsrailin “HƏMAS-ın fəaliyyətlərini göstərən kəşfiyyat məlumatlarına uyğun olaraq xüsusi bir kompleksə basqın keçirdiyi” barədə bəyanatına cavab verib.

İsrailin Şifa xəstəxanasında silah və ləvazimat olduğu iddiasının "Qəzzada səhiyyə sektorunu məhv etmək cinayətini qanuniləşdirməyə çalışdığı yalanların və ucuz təbliğatın davamından başqa bir şey olmadığı" ifadə edilib.

Kənan

Sitat.info