Zakir Həsənov BƏƏ-yə getdi

Zakir Həsənov BƏƏ-yə getdi
SİYASƏT 13 Noyabr 2023 18:30

Noyabrın 13-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow - 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfərə gedib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı nəzərdə tutulur.