Gəncədə yeniyetmə qız 5-ci mərtəbədən yıxıldı

Gəncədə yeniyetmə qız 5-ci mərtəbədən yıxıldı
HADİSƏ 29 Yanvar 2022 10:08

Gəncədə bədbəxt hadisə baş verib. Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən 5 mərtəbəli binada qeydə alınıb. 

2006-cı il təvəllüdlü E.Rəfiyeva yaşadığı eyvanında paltar asan zaman ehtiyatsızlıqdan yerə yıxılıb. Yeniyetmə qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.