Bakının mərkəzində restoranda DAHA BİR DƏHŞƏT - Lift qırıldı, 2 nəfər ağır xəsarət aldı

Bakının mərkəzində restoranda DAHA BİR DƏHŞƏT - Lift qırıldı, 2 nəfər ağır xəsarət aldı
HADİSƏ 05 Aprel 2022 18:22

İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Bu barədə Musavat.com-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib: "1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib".