Makronu qatı ermənipərəst əvəzləyə bilər

Makronu qatı ermənipərəst əvəzləyə bilər
Gündəm 27 Oktyabr 2023 12:05

Fransanın ultrasağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen İsraili dəstəkləyib. Səbəb isə onun sağçı olmasıdır, Fransada solçular Fələstini dəstəkləyir. Sağçı seçicilər isə müsəlman miqrantları sevmirlər.

Sitat.info xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Yəhudi icmaları ilə dostluq Le Peni neofaşizm ittihamlarından təmizləyə və beləliklə, onun növbəti seçkidə Fransa Prezidenti olmasına yol aça bilər”, - o bildirib.

Qeyd edək ki, Le Pen “Qarabağ münaqişəsinin ən yaxşı həlli onun Ermənistana birləşdirilməsidir” kimi ermənipərəst mövqeli çıxışı ilə yadda qalıb.