Məşhəddə bıçaqlı hücum baş verib, yaralılar var

Məşhəddə bıçaqlı hücum baş verib, yaralılar var
HADİSƏ 05 Aprel 2022 16:57

İranın şimal-şərqindəki Məşhəd şəhərində bıçaqla silahlanmış naməlum şəxs İmam Rza ziyarətgahında insanlara hücum edib.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Yaralı şəxslər xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs saxlanılıb.

Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.