Ərdoğandan İsveçlə bağlı mühüm gediş: İmzaladı!

Ərdoğandan İsveçlə bağlı mühüm gediş: İmzaladı!
Dünya 23 Oktyabr 2023 19:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini imzalayıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İmzalanan sənəd ratifikasiya edilməsi üçün Türkiyə Böyük Millət Məclisinə göndərilib.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. İsveçin müraciəti isə hələ də təsdiqlənməyib.