26 yaşlı gənc ova getdi, özünə atəş açdı

26 yaşlı gənc ova getdi, özünə atəş açdı
HADİSƏ 21 Oktyabr 2023 12:45

Tovuzda 26 yaşlı gəncin özünü ov tüfəngi ilə güllələməsi faktı araşdırılır.

Sitat.info xəbər verir ki, Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alaraq ölməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.