Bakı sakini ov tüfəngi ilə öldürüldü

Bakı sakini ov tüfəngi ilə öldürüldü
HADİSƏ 17 Oktyabr 2023 17:15

Bakı sakini ov tüfəngi ilə qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, hadisə oktyabrın 17-si saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Arif Yusif oğlu Fətullayevin ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.